Nobel mükafatçısı: "Heç vaxt düşünmürdüm ki, bu, mənim yazıçılıq karyeramda olacaq"

Nobel mükafatçısı: "Heç vaxt düşünmürdüm ki, bu, mənim yazıçılıq karyeramda olacaq"
6 Oktyabr 2022
Mətni dəyiş

Bu il Ədəbiyyat üzrə Nobel Mükafatı fransız yazar Annie Ernauxa verilib.

İsveç Kral Elmlər Akademiyası verdiyi açıqlamada bildirib ki, bu mükafat yazıçıya "Şəxsi yaddaşın köklərini, yadlaşmalarını və kollektiv məhdudiyyətlərini aşkara çıxarmaq üçün cəsarətinə və obyektiv baxışına görə" verilib.

Annie Ernaux ədəbiyyat üzrə Nobel mükafatı alan ilk fransız qadındır. 82 yaşlı yazıçı mediaya açıqlamasında bildirib ki, mükafatı almasına təəccüblənib.

"Mən çox təəcübləndim. Heç vaxt düşünmürdüm ki, bu, mənim yazıçılıq karyeramda olacaq. Bu böyük məsuliyyətdir" - o deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun