Yazıçı Cavid Ramazanovun "Amanabənd" romanı nəşr edilib

Yazıçı Cavid Ramazanovun "Amanabənd" romanı nəşr edilib
18 İyun 2022
Mətni dəyiş

Yazıçı, publisist Cavid Ramazanovun ilk romanı və ikinci kitabı "Amanabənd" çapdan çıxıb.

Roman Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir. Hadisələr əsas etibarilə Bakının mərkəzindəki "Sovetski" adlanan ərazidə baş verir.

Qəhrəman "Sovetski"də doğulur, "Sovetski"də sevir və sonda yaşadığı məhəllənin sökülməsiylə oranı tərk etmək məcburiyyətində qalır.

Romanın adı məkanın mahiyyətini və qəhrəmanların psixologiyasını ehtiva edir. Baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər.

"Sovetski" məkan olaraq amanabənddir, hər an sökülə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar yaşayırlar.

Münasibətlərdə qopuqluq, insan və məkan arasında qopuqluq, indi və keçmiş arasında qopuqluq romanın ümumi konsepsiyasını təşkil edir.

250 səhifədən ibarət roman yaxın günlərdə satışda olacaq.

Cavid Ramazanovun bundan əvvəlki kitabı - "Yol" hekayələr toplusu 2018-ci ildə nəşr edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun