Rusiyada çağırışçı hərbi komissarı güllələyib

Rusiyada çağırışçı hərbi komissarı güllələyib
26 Sentyabr 2022
Mətni dəyiş

Hərbi komissar altı güllə yarası ilə reanimasiyaya yerləşdirilib

Rusiyanın İrkutsk vilayətində Ust-İlim hərbi komissarlığında atəş açılıb, hərbi çağırış komissiyasının rəisi yaralanıb. Bu barədə “Taiga.Info” teleqram kanalı hadisənin baş verdiyi an çəkilən videonu yayımlayıb. 

Atəş açan şəxsin 25 yaşlı yerli sakin olduğu bildirib. O, özünü Zinin Ruslan Aleksandroviç kimi təqdim edib.

Hərbi çağırış komissiyasının yaralı rəisi Aleksandr Eliseyev ağır vəziyyətdə reanimasiyadadır. O, altı güllə yarası alıb.

Məlumatı İrkutsk vilayətinin qubernatoru İqor Kobzev də təsdiqləyib.

Rusiyada elan edilən “qismən səfərbərlik” fonunda hərbi komissarlıqların və rayon administrasiyalarının yandırılması halları artıb. Rusların Ukraynadakı müharibəyə səfərbər olunmasından keçən iki gün ərzində ən azı doqquz belə yanğın törədilib. Ümumilikdə ən azı 29 hal məlumdur.

21 sentyabrda Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu qərarla 300 min nəfər hərbiyə çağırılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun