Ermənistan 135 hərbçisini itirdiyini açıqlayıb

Ermənistan 135 hərbçisini itirdiyini açıqlayıb
16 Sentyabr 2022
Mətni dəyiş

Ermənistan Azərbaycanla olan hərbi toqquşmada 135 hərbi qulluqçusunu itirib. 

“Armenpress” xəbər verir ki, Ermənistanın Baş naziri Paşinyan bu barədə hökumətin iclasında danışıb. 

“Son gərginlikdə 135 hərbiçimiz həyatını itirib. Təəssüf ki, bunun son rəqəm olmadığını da bilirik. Çoxlu sayda yaralımız var” - deyə Paşinyan bildirib. 

Sentyabrın 12-si axşam saatlarından etibarən Azərbaycan-Ermənistan arasında hərbi gərginlik artıb. Hər iki ölkə bir-birini təxribat yaratmaqda ittiham edib. Ancaq 15 sentyabrda atəşkəs bərpa olunub. 

Azərbaycan Müdafiə Nazirliyi son döyüşlərdə 71 hərbi qulluqçunun həyatını itirdiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun