Baltikyanı ölkələr rus turistlərin səfərinə qadağa qoymağa hazırlaşır

Baltikyanı ölkələr rus turistlərin səfərinə qadağa qoymağa hazırlaşır
8 Sentyabr 2022
Mətni dəyiş

Estoniya sentyabrın 19-dan istənilən dövlətin verdiyi Şengen vizası ilə rusiyalı turistlərin ölkəyə girişinin qarşısını alacaq. Bunu mətbuat konfransında xarici işlər naziri Urmas Reynsalu deyib.

“Sentyabrın 19-na keçən gecə Rusiya vətəndaşlarının Estoniyaya girişinə qadağa qüvvəyə minəcək. Bu, Estoniyada, eləcə də Aİ-nin digər ölkələrində verilmiş vizaları olan rusiyalılara aiddir”, - Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Reynsalu qeyd edib ki, oxşar tədbirlər Latviya, Litva və Polşa tərəfindən tətbiq olunacaq.

Bununla belə, qadağa qohumlarını ziyarətə gedənlərə, həmçinin humanitar səbəblərdən bu ölkələrə daxil olmaq istəyənlərə şamil edilməyəcək.

Polşa və Baltikyanı ölkələr rusiyalı turistlərin Aİ-yə girişinə tam qadağa qoyulmasının tərəfdarıdır, lakin bu qərar digər ölkələr tərəfindən dəstəklənmir. Əvəzində Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmaq qərarına gəlib.

Şengen sazişi üzv dövlətlərin bütün ərazisində sərbəst hərəkəti təmin edir. Eyni zamanda, hər bir ölkə Aİ-nin xarici sərhədlərindən daxil olma məsələlərinə müstəqil şəkildə nəzarət edir.

Rusiya ilə həmsərhəd olan Finlandiya öz ərazisinə girişin qadağan edilməsi ideyasına qoşulmayıb. Ölkənin hakimiyyət orqanları belə qərarların Aİ səviyyəsində qəbul edilməsi barədə fikir bildiriblər. Eyni zamanda, Finlandiya verilən vizaların sayını xeyli azaldıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun