Rəsmi Bakı Ermənistanı üçtərəfli bəyanatın bəndlərini pozmaqda ittiham edir

Rəsmi Bakı Ermənistanı üçtərəfli bəyanatın bəndlərini pozmaqda ittiham edir
3 Avqust 2022
Mətni dəyiş

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında Laçın yaxınlığında baş verən və Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən hadisə ilə bağlı bəyanat yayıb. 

“Avqustun 3-də baş vermiş qanlı hadisə Ermənistanın üçtərəfli sazişi kobud şəkildə pozduğunu bir daha nümayiş etdirir, həmçinin iki dövlət arasında münasibətlərin normallaşdırılması səylərinə zərbə vurur. Bu, həm də Ermənistanın beynəlxalq vasitəçilərin səylərinə hörmətsizliyindən xəbər verir”, - Azərbaycan XİN-in bəyanatında deyilir.

“Azərbaycan ərazisində baş vermiş insidentə görə bütün məsuliyyət hələ də qonşu dövlətin ərazisindən qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasını təmin etməyən Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə Azərbaycan XİN-in bəyanatında deyilir. : “Azərbaycan bundan sonra da öz ərazilərinin təhlükəsizliyinin, ölkə sərhədlərinin bütövlüyünün təmin edilməsi üçün bütün lazımi tədbirləri görəcək”.

Ermənistan tərəfi hələlik bu mesaja reaksiya verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun