Pentaqon Putinin ordu sayını artırmaqla bağlı siyasətinin uğurlu olacağına inanmır

Pentaqon Putinin ordu sayını artırmaqla bağlı siyasətinin uğurlu olacağına inanmır
30 Avqust 2022
Mətni dəyiş

Pentaqon öz silahlı qüvvələrininn sayının 130 000 nəfərədək  artırılması ilə bağlı Putinin bu yaxınlarda atdığı addımın uğurla nəticələnəcəyini hesab etmir. Bu barədə bazar ertəsi ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Kreml Ukrayna ilə müharibədə tükənmiş Rusiya Silahlı Qüvvələrinin sıralarını artırmağa “ümidsizcə cəhd edir”.

Rusiya öz silahlı qüvvələrinin sayını 1 milyon 150 min nəfərə çatdırmağa çalışır. Müvafiq qərarı ötən həftə Putin imzalayıb. Lakin ABŞ-ın qiymətləndirməsinə görə, Rusiya Ukrayna ilə müharibədə 60 000-dan 80 000-ə qədər hərbçi itirib.

Hərbi əməliyyatlar başlayandan Rusiya ordusunun sayı 150 000 nəfər təşkil edib, lakin bu, tammiqyaslı hərbi əməliyyatlar üçün kifayət etməyib.

Rusiya və Ukrayna əhəmiyyətli dərəcədə üstünlüyə nail ola bilməyiblər və müharibə faktiki olaraq yeddinci ayda dalana dirənib. Ukrayna 9 min hərbçisinin həlak olduğunu bildirib.

Bununla yanaşı, bazar ertəsi Kiyev bildirib ki, ölkənin cənubundakı strateji Herson şəhərini geri almaq üçün şəhərə hücum  başlayıb. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib ki, ruslar Ukraynanın əks-hücumunu dəf etmək üçün öz qüvvələrini şərqdən geri çəkməli olublar.

Rusiya ölkə daxilində könüllülərü, eləcə də müqaviləçi- hərbçiləri orduya cəlb etməyə çalışır.

Rusiya ordusunun digər ciddi problemi hərbçilərin döyüş ruhunun aşağı olmasıdır. O, əvvəlcə də pis idi, müharibənin altı ayında isə daha da aşağı düşüb, Pentaqon nümayəndəsi qeyd edib və ukraynalıların döyüş ruhunun yüksəldiyini vurğulaylb.

(Turan)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun