Latviya Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb

Latviya Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb
2 Avqust 2022
Mətni dəyiş

Latviya Seyminin Xarici Əlaqələr Komissiyası Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanıyıb. 

Müvafiq məlumat avqustun 2-də qurumun rəsmi saytında dərc olunub.

Bəyanatda vurğulanır ki, Moskva uzun illər terror rejimlərini və təşkilatlarını dəstəkləyib, maliyyələşdirib, xüsusilə də Suriyaya silah verib.

“Rusiya indi Ukraynada oxşar, qəddar, əxlaqsız və qeyri-qanuni taktika tətbiq edib, qeyri-dəqiq və beynəlxalq səviyyədə qadağan olunmuş silah- sursatdan istifadə edərək, qəsdən mülki şəxsləri və ictimai yerləri hədəfə alıb. Bununla da o, nəinki böyük maddi ziyan vurub, həm də Ukrayna cəmiyyətini ruhdan salmaq və qorxutmaq istəyir. ”, - deyə komissiyanın sədri Rihards Kols bildirib.

Komissiya üzvləri həmçinin Avropa İttifaqı ölkələrini Rusiya vətəndaşlarına turist və ölkələrə giriş vizalarının verilməsini dərhal dayandırmağa çağırıblar.

Koles Rusiyanın Ukraynadakı hərbi əməliyyatını tənqid edərək, bunu barbarlıq adlandırıb.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun