Deputatın qardaşı “Azərsu”dan 13,3 milyon manatlıq iki müqavilə alıb

Deputatın qardaşı “Azərsu”dan 13,3 milyon manatlıq iki müqavilə alıb
8 Avqust 2022
Mətni dəyiş

"Azərsu” ASC “Arko Təmir Tikinti Şirkəti” MMC ilə Bakı şəhərinin və Ramana qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulmasını nəzərdə tutan ümumi dəyəri 13,3 milyon manat olan iki müqavilə imzalayıb. 

Dövlət Elektron Satınalmaları Vahid Portalının məlumatına görə, müqavilələrin icra müddəti 2025-ci ilin dekabr ayının sonunda başa çatır.

“Arko Təmir Tikinti Şirkəti” həmçinin Bakı şəhəri Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün 2018 və 2019-cu illərdə “Azərsu” ASC-dən iki müqavilə alıb. Bu müqavilələrin ümumi dəyəri 2,4 milyon manatdır.

“Arko Təmir Tikinti Şirkəti” MMC 2011-ci ildə bu şirkəti də idarə edən Rasim Qazməmməd oğlu Əhmədov tərəfindən yaradılıb. O, deputat Vahid Əhmədovun qardaşıdır.

Qlobal şəbəkədə şirkətin kadrları və maddi-texniki potensialı haqqında məlumat yoxdur. Kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Rasim Əhmədovun Bakıdakı mənzilidir.

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun