Dövlət Departamentinin təmsilçisi vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələrilə görüşəcək

Dövlət Departamentinin təmsilçisi vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələrilə görüşəcək
13 İyun 2022
Mətni dəyiş
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Kara Makdonald Azərbaycana gəlib. İyunun  13-15-də o, dövlət məmurları , hüquq müdafiəçiləri, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir. Makdonald Dövlət Departamentində Avropa, Cənub və Mərkəzi Asiya Bürosunun işinə, həmçinin çoxtərəfli məsələlər üzrə qrupa  kuratorluq  edir. Demokratiya, İnsan Hüquqları  və Əmək Məsələləri  Bürosu qanunun aliliyi, insan haqları və əsas azadlıqlar daxil olmaqla, universal dəyərləri dəstəkləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun