Müharibə iştirakçılarının problemlərini ictimailəşdirən Hacı Vəliyev 2 il 6 ay azadlıqdan məhrum edilib

Müharibə iştirakçılarının problemlərini ictimailəşdirən Hacı Vəliyev 2 il 6 ay azadlıqdan məhrum edilib Foto: Sosial media
6 May 2026
Mətni dəyiş

İctimai fəal və fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Yekun hökm mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.

Məhkəmənin qərarına əsasən, Hacı Vəliyevə qarşı irəli sürülmüş əmlakı qəsdən məhv etmə ittihamı ləğv edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə - silah qismində əşyadan istifadə etməklə xuliqanlıqda təqsirli bilinib.

Dövlət ittihamçısı məhkəmədən Hacı Vəliyevin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İkinci Qarabağ müharibəsinin iştirakçısı olan Hacı Vəliyev müharibədən sonra sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.

O, 2025-ci il martın 18-də küçə ticarəti ilə məşğul olan qazilərə polis müdaxiləsi ilə bağlı videogörüntülər paylaşmışdı. Bundan bir neçə gün sonra - martın 31-də polis əməkdaşları ikinci qrup əlil olan Hacı Vəliyevi saxlayıb.

Hacı Vəliyev iyunun 21-dən etibarən “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başladığını açıqlamış, daha sonra aksiyanı dayandırmışdı.

O, özünə qarşı irəli sürülən ittihamları qəbul etmir, qazilərə qarşı baş verən özbaşınalıqları ictimailəşdirdiyinə görə həbs olunduğunu bildirir.

Related News

Subscribe to stay updated