Bir gün işsiz qalsanız, sığorta almaq şansınız nə qədərdir?

15 August 2024
Mətni dəyiş

“O ki deyirlər ey, iş tökülüb, iş yerləri bomboş qalıb hər yerdə, camaat işləmək istəmir. Ay millət, biz işləmək istəyirik, sadəcə imkan vermirlər, işləməyə”

38 yaşlı Səma Əliyeva 4 ildir ki işsizdir. O, çalışdığı sonuncu rəsmi iş yerindən 2020-ci ildə ayrılıb. Səma deyir ki, aldığı məvacib gördüyü işlə müqayisədə qat-qat az olub. İstismara məruz qaldığını başa düşəndə isə işdən çıxıb. 2018-ci ildən başlayaraq Azərbaycanda əmək fəaliyyətinə xitam verilmiş şəxslərə işsizlikdən sığorta ödənişi edilir.

Aylıq əsasda minimum 345 manat olan bu məbləğ işçinin aldığı məvacib və iş təcrübəsinə görə dəyişir. Sonuncu rəsmi iş yerindən ayrılandan sonra tanışları Səmaya yeni iş tapana qədər işsizlikdən sığorta ödənişinə müraciət etməyi məsləhət görüblər. Sonradan məlum olub ki, o, bu ödənişi ala bilməyəcək.

Related News

Subscribe to stay updated