Bəhruz Səmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

23 August 2024
Mətni dəyiş

Səbail Rayon Məhkəməsi ictimai fəal Bəhruz Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham ilə irəli sürülüb. Fəalın vəkili Zibeydə Sadıqova bildirib ki, Bəhruz Səməov məhkəmədə təqsirsiz olduğunu bildirib. Vəkil əlavə edib ki, qərardan apellyasiya şikayəti verəcəklər.

Politoloq Bəhruz Səmədov avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb. Praqadakı Çarlz Universitetində PhD namizədi olan Bəhruz Səmədov hökumətin kəskin tənqidçisi olub və tez-tez OC Media və digər nəşrlər üçün Azərbaycan siyasəti ilə bağlı yazılar yazıb.

Related News

Subscribe to stay updated