Azərbaycanda 300-ə yaxın siyasi məhbus var

Azərbaycanda 300-ə yaxın siyasi məhbus var Foto: Meydan TV
18 March 2024
Mətni dəyiş

Noyabrdan etibarən Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalistlər kütləvi şəkildə həbs olunurlar

"Dekabrın əvvəlində elan edilmiş əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 43 nəfər artaraq 288 nəfər olub". Azərbaycan Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını açıqlayıb.

"Turan"ın dərc etdiyi hesabatda qeyd olunur ki, "Jurnalistlər və blogerlər" qrupuna 9 yeni ad daxil olub və bu kateqoriyadan olan siyasi məhbusların sayı 20 nəfərə çatıb.

Vətəndaş cəmiyyətinin bütün sferaları üzrə siyasi məhbus sayında artım müşahidə olunur.

Jurnalistlər və blogerlər

20 nəfər

Hüquq müdafiəçiləri

2 nəfər

Müxalif partiya və hərəkat üzvləri

22 nəfər

Almaniyadan deport olunan mühacirlər

5 nəfər

Dindarlar

208 nəfər

"Tərtər işi" üzrə məhkumlar

7 nəfər

"Gəncə işi" üzrə həbs olunanlar

13 nəfər

Ömürlük azadlıqdan məhrum edilənlər

11 nəfər

 

Eyni zamanda, "Gəncə işi" üzrə 9 müttəhimin cəza müddəti başa çatdığına görə siyahıdan çıxarılıb.

Siyasi məhbus siyahısına yeni əlavə edilən şəxslər aşağıdakılardır

Hafiz Babalı

Turan Agentliyi və Abzas Media

Elnarə Qasımova

Abzas Media

Ələsgər Məmmədli

Toplum Tv

Müşviq Cabbarov

Toplum tV

Şamo Eminov

"Kanal 13" internet televiziyası

Teymur Kərimov

"Kanal 11" YouTube kanalı

İbrahim Hümbətov

Azerinfo.az saytı

 

Akif Qurbanov

III Respublika Platforması

Ruslan İzzətli

III Respublika Platforması

İlkin Əmrahov

Demokratik Təşəbbüslər İnstitutu

Ramil Babayev

Demokratik Təşəbbüslər İnstitutu

Əli Zeynalov

Demokratik Təşəbbüslər İnstitutu

İlhamiz Quliyev

İctimai fəal

Tofiq Yaqublu

Müsavat Partiyası və Milli Şura

Möhyəddin Orucov

İctimai fəal

Elnur Həsənov

Azərbaycan Xalq Cəbhəsi Partiyası

 

Yerli və beynəlxalq hüquq müdafiəçiləri Azərbaycanda kəskin şəkildə artan siyasi həbslərdən narahatlıq ifadə edirlər və hökuməti qondarma ittihamlarla həbs edilmiş ictimaiyyət nümayəndələrini azad etməyə çağırırlar.

Hökumət tərəfi isə bir qayda olaraq ölkədə siyasi məhbusların olmadığını deyir.

Fevralın 28-də ölkə başçısı İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. O, görüşdə bildirib ki, Azərbaycanda əsassız həbslərin olması ilə bağlı deyilənlər yalandır:

Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyə o bildirib.

 

Related News

Subscribe to stay updated