Keçmiş polis əməkdaşı: “Sənədləşdirilməyən narkotik vasitələr siyasi həbslərdə istifadə olunur”

27 September 2023
Mətni dəyiş

Ölkədə hökumətə qarşı tənqidi fikir səsləndirən ictimai, siyasi fəalların həbsində narkotik ittihamı məşhurdur. Hələ bu ilin yanvarında "Human Rights Watch" təşkilatı yayımladığı hesabatda qeyd edirdi ki, Azərbaycan hakimiyyət onu tənqid edən siyasi fəalları həbs etmək üçün saxta narkotik ittihamlarından istifadə edir.

“İşgəncə otağında Pünhanın qabağına 2,5 qram metamfetamin psixotrop maddə qoydular.Pünhan heç narkotik tanımır. Pünhanın qramdan nə başı çıxır?Mən başa düşmürəm, necə olur bu adam 29 yaşına qədər narkotik tanımır, indi həm narkotik çəkir, həm də alış-verişini edir? Hardadır bunun plantasiyası?”, - həbsdə olan Pünhan Kərimlinin atası Vahid Kərimli deyir.

Related News

Subscribe to stay updated