Aksiya zamanı polis zorakılığına məruz qalan jurnalistin sümüyü sınıb

Aksiya zamanı polis zorakılığına məruz qalan jurnalistin sümüyü sınıb
28 December 2021
Mətni dəyiş
Xəbər verdiyimiz kimi, bu gün bir qrup jurnalist “Media haqqında” qanun layihəsinə etiraz etmək üçün yenidən Milli Məclisin binası önündə toplaşıblar. Aksiya zamanı media nümayəndələri polislərin zorakılığı ilə üzləşiblər. Belə ki, polislər aksiyanı dağıtmaq üçün jurnalistləri itələyərək ərazidən uzaqlaşdırmağa çalışıblar. Nəticədə bir neçə media nümayəndəsi zədələnib. Onlardan biri də “AbzasMedia”nın əməkdaşı Nərgiz Absalamovadır. Onun polis zorakılığı nəticəsində yerə yıxılarkən büzdüm sümüyü sınıb. Jurnalist bununla bağlı artıq Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan həkim rəyi alıb. Həkim rəyinə əsasən, Nərgiz Absalamova aldığı zədə nəticəsində üç həftəlik işləmək qabiliyyətini itirib. Jurnalist məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edəcəyini deyib. O, artıq bununla bağlı vəkilini də məlumatlandırıb. Jurnalistin polis zorakılığına məruz qaldığı anı təqdim edirik: https://twitter.com/UlviyyaAli/status/1475793093735731200?s=20  

Related News

Subscribe to stay updated