Danimarkada sərgidə boş vərəq sənət əsəri kimi sərgilənib

Danimarkada sərgidə boş vərəq sənət əsəri kimi sərgilənib
1 October 2021
Mətni dəyiş

Danimarkada Yens Hansinq adlı rəssam muzeylərin birində öz əsərlərinin sərgisini keçirən zaman üzərində heç bir rəsm olmayan ağ vərəqi sənət əsəri kimi sərgiləyib. 

Aalborq şəhərindəki kuntsen muzeyində keçirilən sərgiyə gələnlər bu halı gördükdə təəccübləniblər. Sonradan məlum olub ki, sənətçi bu addımı daha əvvəl hazırladığı bir əsərdən ilham alaraq atıb.

Belə ki, bundan əvvəl sənətçi Avstriyada adambaşına düşən aylıq gəlirlərin az olduğunu göstərmək üçün Avstriya kronları ilə bir əsər hazırlayıb və bu əsər ölkədə çoxlu insan tərəfindən bəyənilib. Sənətçi bu dəfə də pulsuz boş xanalar göstərmək fikrinə düşüb. O, bu dəfəki əsərinə "Pulları götürdü və qaçdı" adını verib.

Bundan əvvəl ABŞ-da sənət əsəri adı altında divara asılmış banan 120 min dollara satılıb. "Divara yapışdırılmış banan" əsərindən hiddətlənən insanların biri isə bananı götürüb yeyib.

Related News

Subscribe to stay updated