İmişlidə zəlzələ baş verib, yeraltı təkanın təsirindən İranda ölən və yaralananlar olub

İmişlidə zəlzələ baş verib, yeraltı təkanın təsirindən İranda ölən və yaralananlar olub
1 August 2016
Mətni dəyiş
İmişli rayonunda meydana gələn zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib.
Zəlzələ baş verən zaman Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb. İlk əldə edilən məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, hadisə yerli vaxtla saat 08.49-da baş verib.
5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.
Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayonda baş verən dağıntılar barədə araşdırma aparılır.
Qeyd edək ki, İmişlidə meydana gələn yeraltı təkanlar İran ərazisində də hiss olunub. İranın Parsabad şəhərində 1 nəfər dünyasını dəyişib, 2 nəfər yaralanıb.

Related News

Subscribe to stay updated