Tramp 907-ci Düzəlişin tətbiqini dayandırıb

Tramp 907-ci Düzəlişin tətbiqini dayandırıb
15 Avqust 2025
Mətni dəyiş

ABŞ Prezidenti Donald Tramp “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişinin fəaliyyətinin dayandırılması barədə memorandum imzalayıb. Sənəd ABŞ hökumətinin rəsmi nəşri “Federal Register”da dərc olunub.

Memoruma görə, 907-ci düzəlişin dayandırılması:

• ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək;

• ABŞ Silahlı Qüvvələri və koalisiya tərəfdaşlarının döyüş hazırlığını təmin etmək;

• Azərbaycanın sərhəd təhlükəsizliyini möhkəmləndirmək;

• Ermənistan-Azərbaycan sülh danışıqlarına mane olmamaq məqsədlərinə xidmət edir.

Prezident Tramp bu qərarın Federal Reyestrdə dərc edilməsini və Konqresin müvafiq komitələrinə göndərilməsini dövlət katibi Marko Rubioya tapşırıb.

Sənəd avqustun 8-də Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı imzalanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun