Nənəsi sülh fəalı Bəhruz Səmədovun məhkəməsinə buraxılmayıb

Nənəsi sülh fəalı Bəhruz Səmədovun məhkəməsinə buraxılmayıb
6 Avqust 2025
Mətni dəyiş

Sülh fəalı Bəhruz Səmədovun apellyasiya məhkəməsinin ilkin baxış iclasına gələn ailəsi və dostları məhkəməyə buraxılmayıb.

Bu barədə "Abzas Media"ya onun yaxınları məlumat verib.

Bildirilir ki, əvvəlcə məhkəmə zalına bir neçə nəfər buraxılsa da, sonradan onlar da zaldan çıxarılıb və hakim prosesi qapalı keçiriməyə qərar verib.

Daha sonra proses təxirə salınıb və növbəti məhkəmə avqustun 13-nə təyin edilib. O prosesin də qapalı keçiriləcəyi açıqlanıb.

Sülh fəalı Bəhruz Səmədov ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.

2025-ci il iyunun 23-də Səmədov 15 il azadlıqdan məhrum edilib. 

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən qapalı iclasda çıxarılıb. 

Dövlət ittihamçısı Səmədova 16 il həbs cəzası istəmişdi. O, bundan sonra intihara cəhd etmişdi. 

Bəhruz Səmədov özünü təqsirli saymır. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onun həbsini siyasi motivli hesab edir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun