İctimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin keçmiş sədri Hacı Vəliyev barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
APA yazır ki, Xətai rayon Məhkəməsinin qərarı ilə Vəliyevin həbs müddəti daha 20 gün uzadılıb.
İctimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin keçmiş sədri Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirib.
O, bu il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.
Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.
Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.
O, iyunun 21-dən “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başlamışdı, sonra isə aclığı dayandırmışdı.