İctimai fəal Elvin Mustafayevə vəkili ilə görüş verilmir

İctimai fəal Elvin Mustafayevə vəkili ilə görüş verilmir Foto: Sosial Media
4 İyun 2025
Mətni dəyiş

Elvin Mustafayev 24 gün cərimə kamerasında saxlanıldıqdan sonra cərimə müddəti 1 ay daha uzadılıb 

“İşçi Masası” Həmkarlar İttifaqı Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevə vəkili ilə görüş verilmir. 

Bu barədə məlumatı Mustafayevin vəkili Zibeydə Sadıqova yayıb. 

Vəkil bildirib ki, onu görüşə buraxmırlar:

"Elvin Mustafayevlə görüşmək üçün 6 saylı Cəzaçəkmə Müəssisəsinə gəlmişəm, ancaq deyirlər ki, rəis görüşə icazə vermir". 

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Elvin Mustafayev mayın 6-da siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. Bundan sonra 14 gün müddətinə cərimə kamerasına salının. Bu müddətdə isə 6 saylı müəssisəyə köçürülüb. Mayın 19-da onun ümumi kameraya köçürülməsi gözlənilsə də, cərimə müddəti daha 10 gün artırırılıb. Mayın 29-da Mustafayevin cəzası bitməli idi. Lakin onun cərimə kamerasında qalma müddəti daha bir ay uzadılıb.

Elvin Mustafayevə ötən il yanvarın 31-də 3 il həbs cəzası kəsilib.

Ona qarşı bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı verilmişdi. Məhkəmə bu ittihamı dəyişib. İctimai fəal satış məqsədi olmadan külli miqdarda narkotik əldə edib saxlamaqda təqsirli bilinib.

O, özü ittihamları rədd edib və həbsini siyasi fəaliyyətilə əlaqələndirib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab ediblər. Hesabatlara görə, hazırda Azərbaycanda 365-dən çox siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun