Hüquq müdafiəçisinin məhkəməsi başlayıb, həbsdən buraxılmayıb

Hüquq müdafiəçisinin məhkəməsi başlayıb, həbsdən buraxılmayıb Sosial media
30 İyun 2025
Mətni dəyiş

İctimai-siyasi fəalların təqiblərə məruz qaldığı işlərlə bağlı hüquq müdafiə fəaliyyəti göstərən Rüfət Səfərov özü artıq 7 aydır həbsdədir

İyunun 30-da “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun işi üzrə məhkəmə iclası başlayıb.

"Abzas Media"ya bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, proses Bakı Ağır Cinayətlər məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyilə keçirilib.

"Rüfət Səfərovun anket məlumatları dəqiqləşdirildi. Vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verdi, ancaq məhkəmə vəsatəti təmin etmədi. İş məhkəmə baxışına verildi", - məlumatda qeyd olunub. 

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Rüfət Səfərov ötən ilin dekabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
Rüfət Səfərov ittihamları rədd edir və hüquq müdafiə fəaliyyətinə görə həbs oliunduğunu deyir. Yerli huquq müdafəçiləri də onu siyasi məhbus hesab ediblər. 

10 Dekabr - İnsan Hüquqları Günündə ABŞ Dövlət Departamenti Səfərovu mükafatlandırıb. O, ilin ən cəsarətli hüquq müdafiəçilərinə verilən mükafata ayiq görülüb. 

Vaxtilə Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyən Səfərov 2015-ci ildə insan hüquqları və demokratiya sahəsindəki pozuntuları əsas göstərərək vəzifəsindən istefa verib. 

O, 2016-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs olunub və 9 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanımışdı. 

2020-ci ildə prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Rüfət Səfərov hüquq müdafiəsi sahəsini fəaliyyətini daha da gücləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun