Aprelin 1-də “Abzas Media”nın həbsdə olan əməkdaşı, araşdırmaçı jurnalist Hafiz Babalı məhkəmədə sərbəst ifadə verib.
Jurnalist ifadəsində bildirib ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini neytrallaşdırmaqla ifadə azadlığına dözümsüzlüyünü nümayiş etdirib və korrupsiyaçı məmurların ifşasının qarşısını alıb.
Hakimlər jurnalistlərin məhkəmə prosesini lentə alması ilə bağlı vəsatəti təmin etmədiyinə görə, Hafiz Babalının çıxışını vizuallaşdırılmış formada təqdim edirik. Çıxışın tam versiyasını keçiddən oxuya bilərsiniz: https://t.ly/Cz7VM