Aprelin 1-də “Abzas Media”nın həbsdə olan jurnalisti Nərgiz Absalamova məhkəmədə sərbəst ifadə verib.
Jurnalist bildirib ki, İlham Əliyev jurnalistləri saxta ittihamlarla həbs etdirməklə, ölkədə azad medianı susdurmağa çalışır və 1 ildən çoxdur məhz onun sifarişi ilə təcridxanada saxlanılırlar.
Hakimlər jurnalistlərin məhkəmə prosesini lentə alması ilə bağlı vəsatəti təmin etmədiyinə görə, Nərgiz Absalamovanın çıxışını vizuallaşdırılmış formada təqdim edirik. Çıxışın tam versiyasını keçiddən oxuya bilərsiniz: https://t.ly/DM8hY