Türkiyədə Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq başladılan aksiyalara polis sərt müdaxilə edir

24 Mart 2025
Mətni dəyiş

Türkiyədə İstanbulun Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq başladılan aksiyalarda bu günədək ümumilikdə 1133 nəfərin saxlanıldığı bildirilir.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. “Hurriyet”in xəbərinə görə, ötən gün – aksiyaların 5-ci günündə 71 nəfər saxlanılıb, daha 28 nəfər isə axtarışa verilib. Nəşr yazır ki, daha əvvəl saxlanılan etirazçıların məhkəmə prosesləri artıq başlanıb. Türkiyədə kütləvi etiraz aksiyaları martın 19-da Əkrəm İmamoğlunun və onun komandasının “korrupsiya və terrorçuluq” ittihamı ilə saxlanılmasından sonra başlayıb.

Hakimiyyət orqanları 100-dən çox şəxs barəsində həbs orderi verib. Martın 23-də Əkrəm İmamoğlu barəsində korrupsiya istintaqı çərçivəsində həbs qətimkan tədbiri seçilib. Əkrəm İmamoğlu ittihamları xalqin iradəsinə vurulan zərbə olaraq qiymətləndirib və insanlari etirazlara qoşulmağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun