Müdafiə Nazirliyinin tabeliyindəki yük maşının vurduğu avtomobilin sahibinin şikayəti araşdırılmır

10 Mart 2025
Mətni dəyiş

“Belə çıxır ki, Azərbaycan Ali Qanunvericiliyi, Konstitusiyası ancaq sadə vətəndaşlar üçün keçərlidir”.

Ötən ilin avqustunda hər gün olduğu kimi Sumqayıt şəhərindəki işindən çıxıb Bakıdakı evinə qayıdan Nahid Məmmədov maşını ilə qəzaya uğrayıb. Qəzanın səbəbi Müdafiə Nazirliyinin tabeliyində olan hərbi yük maşının onun avtomobilini arxadan vurması olub.    Nahid Məmmədov deyir ki, qəzanı törədən yük maşınının sürücüsünün sürücülük vəsiqəsi idarə etdiyi maşının kateqoriyasına uyğun olmayıb.   

Hərbi yük maşınını idarə edən Kazım Şərifli isə sosial media yazdığı rəylərin birində bildirib ki, idarə etdiyi maşında 30 tondan yuxarı yük olub. O bildirib ki, əyləci bassa da, maşın dayanmayıb. Ötən ilin oktyabrında Müdafiə Nazirliyindən Nahid Məmmədova bildirilib ki, baş verən yol nəqliyyat hadisəsi ilə bağlı hərbi hissənin bir vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edilib. Nahid Məmmədov isə bu cavabın yetərli olmadığını deyir.

O hesab edir ki, qəzanı törədənlər məsuliyyətə cəlb olunmalı, ona dəyən zərər isə ödənməlidir. P.S. Videonu müəllifin özü çəkərək “Abzas Media”nın Berlindəki redaksiyasına göndərib. Siz də qarşılaşdığınız qanun pozuntuları ilə bağlı şikayətinizi video, foto və yazılı formada “Whatsapp” nömrəmizə göndərə bilərsiniz: +49 176 65689180

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun