Martın 11-də “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) məhkəmədə sərbəst ifadə verib.
Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə istintaqın bütün ittihamlarını rədd edib və həbsinin əsl səbəblərini açıqlayıb.
Hakimlər jurnalistlərin məhkəmə prosesini lentə alması ilə bağlı vəsatəti təmin etmədiyinə görə, Sevinc Vaqifqızının çıxışını vizuallaşdırılmış formada təqdim edirik. Çıxışın geniş versiyasını keçiddən oxuya bilərsiniz: https://t.ly/DWenJ