“Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru, jurnalist Qənimət Zahid barəsində 7 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Qiyabi hökm dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qənimət Zahid noyabrın 24-də Baş Prokurorluğa çağırılmışdı. Qurumun açıqlamasında bildirilirdi ki, jurnalist Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya qrup halında törədildikdə) ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İttihama görə, Qənimət Zahid 2018-ci ilin 4 və 18 iyul tarixlərində “YouTube” platformasında “mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən” açıq çağırışlar yaymaqda günahlandırılır.
Jurnalist bundan əvvəl də sentyabrın 19-da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılmışdı.