AXCP NTK sədrinin 30 sutka inzibati həbs edildiyini bildirir

AXCP NTK sədrinin 30 sutka inzibati həbs edildiyini bildirir
18 Dekabr 2025
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəzarət-Təftiş Komissiyasının sədri Murad Sultanlının 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP açıqlamasında Sultanlının səhhətində problemlər olduğu vurğulanır və onun həbsi “repressiya siyasətinin bir epizodu” olmaqla yanaşı, “siyasi qəsd” kimi qiymətləndirilir.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər.

Partiya üzvlərinin yaydığı məlumata əsasən, Murad Sultanlıdan dekabrın 16-sı günorta saatlarından etibarən xəbər almaq mümkün olmayıb.

AXCP həmçinin bildirir ki, partiya sədri Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzv müxtəlif ittihamlarla həbsdədir və bu həbsləri siyasi motivli sayır. Rəsmilər isə ölkədə siyasi həbslərlə bağlı iddiaları “əsassız” adlandırırlar.

Yerli hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanın həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun