Yanvarın 8-də sökülən “Şuşa” restoranın sahibləri söküntü işlərinin qanunsuz olduğunu bildirirlər.
Onlar mülklərinin ADA universitetinin prorektoru Şahmar İbadovun göstərişi ilə söküldüyünü iddia edirlər.
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, park ərazisində yerləşən restoran qanunsuz sənədlərlə fəaliyyət göstərdiyinə görə sökülüb. Məsələ ilə bağlı ADA universitetdən münasibət almaq mümkün olmayıb.