İmişlidə polis maşınının vurduğu 11 yaşlı Ayan Məmmədovanın atası “Abzas Media”ya danışıb.
Taleh Məmmədov deyir ki, qəza zamanı Ayan DYP maşının altında qalıb. Atanın sözlərinə görə, övladı tanınmaz hala düşüb. Qəzadan sonra əhali etiraza başlayanda İmişlidə internet kəsilib.
Taleh Məmmədov deyir ki, aksiyadan sonra rayonda kütləvi saxlanılmalar olub. Valideynin sözlərinə görə, onunla görüşən rəsmi şəxslər cinayətkarın cəzalandırılacağına söz veriblər.