69 yaşlı Səttar Möhbalıyev 24 ildir deputat mandatı daşıyır. II, III, IV, V və VI çağırış Milli Məclisin üzvüdür.
O, həm də 31 il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edib. İqtisad elmləri doktoru, professor Möhbalıyev ötən müddət ərzində dövlət təltiflərindən də geri qalmayıb.
O “Şöhrət” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə dair yubiley medalı, Milli Məclisin fəxri medalı, “Parlament” medalı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”kimi mükafatlara layiq görülüb. Bütün bunlarla yanaşı, deputat Səttar Möhbalıyevin adı zaman-zaman müxtəlif qalmaqallarda və cinayət işlərində hallanır.