Yanvarın 21-də “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda nəşrin direktoru Ülvi Həsənli ifadə verib. Jurnalistlərin bir çoxu növbəti dəfə məhkəmə zalına buraxılmayıb.
Ülvi Həsənli vəsatət verərək jurnalistlərin məhkəmə buraxılmasını tələb edib. Hakim isə onun vəsatətini təmin etməyib. Məhkəmə işçiləri onların girişinə süni əngəllər yaradıb. Növbəti məhkəmə iclası fevralın 11-nə təyin edilib.