"Abzas Media" əməkdaşlarının həbs müddətləri növbəti dəfə uzadılıb

7 Sentyabr 2024
Mətni dəyiş

Sentyabrın 7-də "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və jurnalistlər Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti artırılıb.

İstintaq orqanının ilkin istintaq dövrü üçün həbs müddətinin uzadılması ilə bağlı təqdimatını Xətai rayon Məhkəməsinin hakimi Sahibə Hacıyeva təmin edib.

Beləliklə, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı və Nərgiz Absalamovanın həbs müddətləri daha 3 ay uzadılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun