Avqustun 10-da “Abzas Media işi” üzrə həbs edilmiş jurnalist Elnarə Qasımovanın həbs müddətinin uzadılması ilə bağlı ittiham tərəfinin vəsatətinə baxılıb.
Jurnalistin vəkili Bəhruz Bayramov bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi Nahid Abbaslı jurnalistin həbs müddətinin uzadılması ilə bağlı təqdimatı məhkəməyə təqdim edib.
Xətai Rayon Məhkəməsində hakim Rafail Sadıxovun sədrliyi ilə keçirilən iclasda ittiham tərəfinin vəsatəti qəbul edilib və jurnalistin həbs müddəti 1 ay 7 gün uzadılıb.