Azərbaycan bu il BMT-nin iqlim konfransına - COP29-a ev sahibliyi edəcək.
Ölkə rəhbərliyi noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək tədbirə xüsusi diqqətlə hazırlaşır. Paytaxtın bir çox yerində təmir-tikinti işləri gedir. Əksər park və yollar sakinlərin üzünə qapadılıb, binaların üzləri yenilənir, mərkəzi yollar isə asfaltlanır.
Hökumət rəsmiləri COP29-a ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirirlər. Hətta ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bəs yaşıl iqtisadiyyata keçid planları quran Azərbaycanda əslində ekoloji vəziyyət necədir?