“Vialon” MMC "Kubinka" sakinlərinin evlərini başlarına uçurur

10 Dekabr 2024
Mətni dəyiş

“Baxın, burda necə çatlar əmələ gəlib. İndiyə qədər bir nəfər də gəlib soruşmur ki, bu arvad neylədi? Qalmışıq yağışın altında”  

Bakının Nəsimi rayonunun “Kubinka” adlanan ərazisində yaşayan yerli sakinlərlə “Vialon” MMC şirkəti arasında qarşıdurma yaşanır.

Bunun səbəbi şirkətin ərazidə bəzi evləri alaraq söküntü işləri aparmasıdır. Cəlil Məmmədquluzadə küçəsi, dalan 2, ev 6 ünvanında yaşayan Milka Yurşimovanın da evi söküntülərdən yan keçə bilməyib.

Xanım Yurşimova deyir ki, Vialon MMC-nin işçiləri onun evini, həyət-bacasını xarabaxanaya çevirib.   Milka Yurşimova deyir ki, bir vaxtlar ailəsi ilə xoşbəxt yaşadığı ev indi onların  cəhənnəminə çevrilib. 

Yurşimovanın sözlərinə görə, şirkət 2 ildir onları evlərindən çıxarmağa çalışır. Bununla razılaşmayanda isə evlərini başlarına uçurur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun