Dekabrın 21-də “Nərgiz” Mükafatının təqdimetmə mərasimi keçirilib.
Bu il mükafat hazırda həbsdə olan Resplatformanın spikeri və Demokratik Təşəbbüslər İnstitutunun təsisçisi Akif Qurbanova verilib. Akif Qurbanov martın 6-da “Toplum TV işi” çərçivəsində həbs edilib.
O, qaçaqmalçılıqda ittiham olunur. Akif Qurbanov ittihamları rədd edir, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. “Nərgiz” Mükafatı mərhum fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.
O, 2015-ci il aprel ayının 23-də ağır xəstəlikdən vəfat edib. Mükafat hər il Azərbaycanin demokratikləşməsi uğrunda mübarizə aparan şəxslərə verilir.