Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib

2 Dekabr 2024
Mətni dəyiş

Məhkəmə AXCP sədri Əli Kərimli barəsində 1500 manat cərimə qərarı çıxarıb

Dekabrın 2-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin işi üzrə məhkəmə prosesi davam edib. Əli Kərimli keçmiş partiya funksioneri Aydin Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb olunub. O iddia edir ki, partiya sədrinin ictimai təhqirlərinə məruz qalıb. Nəsimi Rayon Məhkəməsi Əli Kərimlini 1500 manat cərimə edib.

Polis Əli Kərimlinin məhkəməsinə gələn dəstəkçilərinə müdaxilə edib. Nəticədə 8 nəfərin saxlanıldığı bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun