Azərbaycanda davam edən repressiya dalğası niyə səngimir?

30 Dekabr 2024
Mətni dəyiş

2024-cü ili yola salmağa bir ay qalmış ölkədə növbəti həbs dalğası baş verdi.

Dekabrın 3-də hüquq müdafiəçisi Rüfət Səfərov, 6-da Meydan TV-nin 6 jurnalisi, 8-də isə siyasətçi Azər Qasımlı həbs edildi. İndi ölkədə 331 siyasi məhbus var.

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaqın məlumatında belə deyilir. 2023-cü ilin noyabrından indiki dövrədək ölkədə müstəqil mediaya, vətəndaş cəmiyyətinə qarşı təzyiq dalğası geniş vüsət alıb, 100-ədək jurnalist, vətəndaş cəmiyyəti üzvü, hüquq müdafiəçisi, siyasi-ictimai fəal, dindar həbs edilib.

Həbs edilən jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri ənənəvi olaraq qaçaqmalçılıqda və başqa müxtəlif maddələrlə ittiham edilirlər. Amma həm onların özləri, həm də beynəlxalq təşkilatlar irəli sürülən ittihamları rədd edərək həbslərin siyasi motivli olduğunu deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun