Astara sakini: “Bələdiyyə sədrinin balasına iş var, kasıbın təhsilli balasına yoxdur”

3 Dekabr 2024
Mətni dəyiş

“Kənd bələdiyyə sədrinin balasına iş var, biz - kasıbın təhsilli balasına iş yoxdur. İşsizlikdən əziyyət çəkirik”  Astara rayon Qamışovka kənd sakini İmaməli Əsədullayev bir ildən çoxdur ki, işsizdir.

Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı üzrə orta ixtisas təhsili alan İmaməli deyir ki, iş tapmaq üçün döymədiyi qapı qalmayıb, amma hər yerdən əliboş qaytarılıb.   İmaməli bu il martın 4-də iş tapmaq üçün Lənkəran-Astara Regional Məşğulluq filialının Astara rayon Xidmət Şöbəsində qeydiyyatdan keçib.

Amma qurumdan bildirilib ki, ona uyğun iş yoxdur. Bundan sonra Lənkəran-Astara Regional Məşğulluq filialına müraciət edən İmaməliyə ordan da eyni cavab verilib.    “Onlar mənə belə deyirlər. Mənim də onlara sualım belədir: Bəs biz necə yaşayaq?”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun