Tbilisidə onminlərlə insan seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz edib

29 Oktyabr 2024
Mətni dəyiş

Oktyabrın 28-də Gürcüstanın paytaxtı Tbilisidə parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz aksiyası keçirilib. Onminlərlə insanın toplaşdığı aksiyada Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları qaldırılıb. Etiraz aksiyasında Gürcüstan Prezidenti Salome Zurabişvili və digər müxalif liderlər çıxış edib.

Aksiya zamanı Gürcüstan parlamentinin binası üzərinə “oğurlanıb” yazısı yazılıb. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. MSK-nın məlumatına görə, hakim rusiyayönlü “Gürcü arzusu” partiyası 53,92 faiz səslə seçkilərdə qalib gəlib. Dörd müxalifət koalisiyası 5 faizlik baryeri aşa bilib. Hər dörd koalisiya, eləcə də Gürcüstan Prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun