Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir” yürüşü keçirilib

21 Oktyabr 2024
Mətni dəyiş

Oktyabrın 20-də Tbilisidə “Gürcüstan Avropa İttifaqını seçir” yürüşü keçirilib.

Prezident Salome Zurabişvili mitinqdə xalqa müraciət edib. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Rusiyayönümlü “Gürcü arzusu” partiyasının rəqibi Avropayönümlü müxalif partiyaların koalisiyasıdır.

Yayda Gürcüstanda xarici agentlər haqqında qanun qəbul edilib. Qanun kütləvi etirazlarla qarşılanıb. Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi dayandırılıb. Ekspertlər seçkilərinin Gürcüstanın taleyində həlledici rol oynayacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun