“Papanin”də tikinti şirkətinin köçməyə razılaşmayan sakinlərə problemlər yaratdığı deyilir

17 Oktyabr 2024
Mətni dəyiş

“Biz şəhərdə aparılan yenidənqurma işlərinə mane olmaq istəmirik. Şəhərimizin gözəlləşməsini istəyirik. Amma belə zibilxana şəklində yox”

Nəsimi rayonu, Novruzov qardaşları küçəsinin sakinləri hər yeni günlərini bu xarabalıqlar içərisində, evlərinin hər an uçacağı qorxusu ilə açırlar. Bu qorxunun səbəbi isə evlərinin bir addımlığında tikilməkdə olan binadır. Amma acınacaqlı şəraitə baxmayaraq, sakinlər yaşayış yerlərindən köçməyə razı deyillər.

“Papanin” kimi tanınan bu ərazidə iki ildən çoxdur köhnə həyət evləri sökülür, onların yerində isə yeni binalar tikilir. Sözügedən ərazilər Novruzov qardaşları, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli küçələrini əhatə edir. Novruzov qardaşları küçəsinin sakinləri deyirlər ki, tikinti şirkəti ərazidə yaşayan bir çox ailəni oradan köçməyə razı salsa da, təxminən 25-30 ailə hələ də şirkətlə razılığa gələ bilmir. Sakinlərin sözlərinə görə, şirkət onları köçməyə məcbur etmək üçün əlavə problemlər yaradır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun