Avqustun 17-də Qarabağ UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində evdə Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşıb. 
Pley-off mərhələsinin ilk oyununda oyun qolsuz başa çatıb. 
Cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
"Köhlən atlar" son olaraq 2017/2018 mövsümündə bu raundda iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.
Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.
 
                
                
                
             
                 
            
            
            
         
            
            
            
        