 2 May 2022
                    2 May 2022
                 
                
                    Mətni dəyiş
                     
                 
             
            
                
                    BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəqəmlərinə görə, Rusiyanın işğalı başlayandan bəri 5,5 milyondan çox insan Ukraynanı tərk edib. Daha 7,7 milyon insan evlərini tərk edib, lakin Ukrayna ərazisindədir.
Ukraynalıların getdiyi ölkələr bunlardır:
Polşa - 3 milyon nəfər
Rumıniya - 825 min nəfər
Rusiya - 681 min nəfər
Macarıstan - 530 min nəfər
Moldova - 447 min nəfər
Slovakiya - 379 min nəfər
Belarusiya - 25 min nəfər
Bununla belə, bəzi ukraynalılar vətənlərinə qayıdırlar. Polşa sərhəd xidməti aprelin 30-da Polşadan Ukraynaya gedənlərin sayının gələnlərin sayından 3 min (23,5 minə qarşı 26,8 min) çox olduğunu bildirib. Ümumilikdə müharibə başlayandan bəri Polşadan Ukraynaya bir milyona yaxın insan qayıdıb.
Ukrayna sərhədçilərinin bildirdiyinə görə, aprelin 30-da Ukraynaya daxil olan insan axını işğal başlayandan bəri ən yüksək göstərici olub.