 4 May 2022
                    4 May 2022
                 
                
                    Mətni dəyiş
                     
                 
             
            
                
                    Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini elan edib.
Paket çərçivəsində Aİ Rusiya neftinin idxalına qadağa qoyacaq, ˝Sberbank˝ və digər iki böyük Rusiya bankı SWIFT-dən ayrılacaq.
Bundan əlavə, Avropa İttifaqının ərazisində üç böyük Rusiya telekanalının yayımı qadağan olunacaq (von der Leyen söhbətin hansı kanallardan getdiyini dəqiqləşdirməyib).
Avropa Komissiyasının rəhbəri yeni şəxsi sanksiyaları da açıqlayıb - xüsusən də Aİ-nin məlumatına görə, Buçada mülki əhalinin qətlində iştirak edən yüksək rütbəli zabitlər sanksiyalar altına düşəcək.
AFP sənəd layihəsinə istinadən həmçinin Patriarx Kirillin şəxsi sanksiyalara məruz qalacağını bildirir.
Aİ-nin yeni sanksiyalar paketi Ukraynada müharibə başlayandan bəri altıncı olacaq.
Sanksiyaların qüvvəyə minməsi üçün Aİ-nin bütün 27 ölkəsinin səfirləri tərəfindən təsdiqlənməlidir. BBC-nin məlumatına görə, bu, yəqin ki, bir neçə gün çəkəcək.