 3 May 2022
                    3 May 2022
                 
                
                    Mətni dəyiş
                     
                 
             
            
                
                    Yeni sanksiyalar çərçivəsində daha bir neçə Rusiya bankı beynəlxalq SWIFT banklararası köçürmələr sistemindən ayrılacaq. ˝DW˝yazır ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrell Panamada olarkən bildirib.
Daha əvvəl bildirilmişdi ki, Aİ-nin üzərində işlədiyi altıncı sanksiyalar paketi çərçivəsində digər banklarla birlikdə ˝Sberbank˝ da SWIFT-dən ayrılacaq.
Martın əvvəlində Avropa İttifaqı Ukraynanın işğalı ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar çərçivəsində Rusiyanın yeddi bankını - ˝VTB˝, ˝Rossiya˝, ˝Otkritie˝, ˝Novikombank˝, ˝Promsvyazbank˝, ˝Sovkombank˝ və ˝VEB.RF˝-ni SWIFT-dən ayırıb.
Altıncı sanksiyalar paketi, digər məsələlərlə yanaşı, Rusiya neftinin idxalına embarqo qoyulmasını müzakirə edir, lakin Rusiya enerjisindən asılı olan bir neçə ölkə buna qarşı çıxır. Müzakirələrə yaxın olan ˝Reuters˝ mənbələri bildiriblər ki, bu ölkələr üçün istisna oluna bilər və ya Rusiya neftindən imtina üçün uzun bir keçid dövrü təyin oluna bilər.
Altıncı sanksiyalar paketinin Aİ Xarici Əlaqələr Şurasının növbəti iclasında qəbul ediləcəyi gözlənilir. İdarə Heyətinin növbəti iclası mayın 10-na təyin edilib.