Ukrayna yeni “Bayraktar” pilotsuz uçuş aparatları alıb

Ukrayna yeni “Bayraktar” pilotsuz uçuş aparatları alıb
2 Mart 2022
Mətni dəyiş
“Ukrayna yeni “Bayraktar” pilotsuz uçuş aparatları alıb. Onlar artıq döyüşə hazır vəziyyətdədirlər”. Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov özünün “Facebook” hesabından məlumat verib. “Dünən ABŞ-ın müdafiə naziri Lloyd Ostinə uzun söhbətim oldu. Hətta təcrübəli Amerika hərbçiləri müdafiəçilərimizin peşəkarlığına və xalqımızın möhkəmliyinə heyran qalırlar. Aldığımız yardımların həcmi artır. Bu yardımı edən ölkələrin sayı çoxalıb. Hətta qeyri-mümkün hesab edilənlər də qoşulur. Artıq yeni “Bayraktar”lar Ukraynaya çatdırılıb. Daha çox Stinger və javelinlər də olacaq”, - deyə o, bildirib. Nazirin sözlərinə görə, Avropa Ukraynanın arxa cəbhəsinə çevrilir və kritik müdafiə ehtiyaclarını təmin edir. Bundan əvvəl Ukraynanın Türkiyə ilə “Bayraktar” pilotsuz uçuş aparatlarının tədarükünü artırmaq barədə razılığa gəldiyi bildirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun